
Avropa İttifaqı siyasi fəallar Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, həmçinin Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin uzadılmasından narahatdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse prezidenti Jozef Borrellin mətbuat katibi Peter Stanon onun bəyanatını yayıb.
Bəyanatda deyilir:
Avropa İttifaqı siyasi fəallar Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, həmçinin Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin uzadılmasından narahatdır.
Biz Azərbaycan hakimiyyətini fundamental hüquqlarını həyata keçirdiyinə görə həbsdə olanları azad etməyə və Elçin Sadıqova qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.
Avropa İttifaqı Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə və demokratik islahatları təşviq etməyə sadiqdir.
Afət
Gununsesi.info