Pentaqon bu məlumatı nə təkzib, nə də təsdiq edir…
“Əgər ABŞ hər hansı cavab tədbiri görməyə çalışsa, İsrail rejimini yer üzərindən siləcəyik…”
Gecə saatlarında İranın ABŞ-ın İraqdakı hərbi bazalarına 50-dən çox raket zərbəsi endirməsi haqda informasiyalar yayılıb.
Gununsesi.org xəbər verir ki, dünya xəbər agentlikləri bu barədə ziddiyyətli məlumatlar təqdim edib.
Deyerler.org-un İranın PressTv saytına istinadla yaydığı məlumata görə, Amerika bazalarına hücum faktını Pentaqon təsdiqləyib. ABŞ hərbçiləri arasında xeyli itki olduğu bildirilir.
İranın qisas hücumu nəticəsində ilkin məlumata görə, 20-dən çox ABŞ hərbçisi məhv edilib. İran rəsmiləri bəyan edib ki, əgər ABŞ hər hansı cavab tədbiri görməyə çalışsa, onlar İsrail rejimini yer üzərindən siləcəklər.
Livanın “Əl-Mayadin” nəşrinin məlumatında isə bildirilir ki, raket zərbələri nəticəsində ABŞ-ın “Ayn əl-Əsəd” bazasında bir təyyarə məhv edilib.
Pentaqon bu məlumatı nə təkzib, nə də təsdiq edib…
Müxtəlif mənbələrə görə, “Ayn əl-Əsəd” bazasındakı ABŞ hədəflərinə 30-dan 60-a qədər raket atılıb. “CNN” bildirir ki, bazada, ən azı, 13 raket partlayıb.
Pentaqondan ABŞ hərbçiləri arasında itki olmadığı bildirilib.
Press TV-nin məlumatına görə, İran elan edib ki, ABŞ bazası yerləşən istənilən qonşu ölkədən İrana
hücum olunarsa, İran həmin hədəfləri vuracaq.
“ABŞ Fars Körfəzi, İraq və İran hava məkanından uçuşları dayandırıb.
ABŞ Prezidenti Donald Tramp, onun əsas nazirləri və köməkçiləri İranın İraqda Amerika qoşunlarının yerləşdiyi bir sıra hərbi bazalara raket zərbələri endirməsi ilə əlaqədar təcili iclas keçirib, lakin iclasdan sonra açıqlama verməyib və daha sonra açıqlama veriləcəyini qeyd edib.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqın Anbar əyalətində yerləşən hərbi bazalarına 50-dən çox raket zərbəsi endirib”.
Israil mənbələrinin verdiyi xəbərə görə, ABŞ prezidenti D. Tramp hücum barədə məlumatlandırılıb. ABŞ ordusunun İrandakı hədəflərə cavab zərbəsi gözlənilir. Daha əvvəl Tramp İranın Amerikaya qarşı hücum edəcəyə halda həmin ölkədəki 52 hədəfə dəqiq zərbələr endiriləcəyini söyləyib.
“CNN”-in məlumatına görə, gu gecə Ağ Evdə ABŞ administrasiyasının təxminən bir saat yarıma qədər davam edən təcili iclası keçirilib. Görüşdən sonra Trampın xalqa müraciəti gözlənilsə də, sonradan bu çıxış nədənsə təxirə salınıb…
COMMENTS