“Mucize doktor”un qəhrəmanından körpüdə evlənmə təklifi- FOTOLAR

“Mucize doktor”un qəhrəmanından körpüdə evlənmə təklifi

“Mucize doktor” serialında Ali Vefa obrazına həyat verən Taner Ölmez sevgilisi, aktrisa Ece Çeşmioğluna tarixi şəhərdə evlənmə təklifi edib.

Gununsesi.org xəbər verir ki, Ölmez romantik addımını Belçikanın Bruqqe şəhərində gerçəkləşdirib. Körpülərdən birinin üstündə edilən təklifə Çeşmioğlu “hə” cavabı verib. Onların yay aylarında nikah bağlayacağı gözlənilir.

Qeyd edək ki, hər iki tanınmış şəxs “Muhteşem yüzyıl- Kösem” serialında rol alıblar.



Gununsesi.org

COMMENTS