ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket hücumları ilə əlaqədar olaraq Donald Trampın Vaşinqtondakı iqamətgahı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Gununsesi.org bildirir ki , bu barədə TASS xəbər yayıb.
Bildirilir ki, ABŞ məxfi xidmətinin avtomat silahlarla silahlanmış əlavə əməkdaşları Ağ Evin ətrafına cəlb olunub.
Qeyd edək ki, İran ABŞ-ın İraqda istifadə etdiyi “Ayn əl-Əsəd” hərbi bazasına və Ərbil hava limanına raket hücumu həyata keçirib. Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman bu xəbəri təsdiqləyib.
COMMENTS