Amerika Birləşmiş Ştatları qoşunlarını nə vaxtsa İraqdan çıxara bilər.
Gununsesi.org “Reuters”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Lakin Ağ Ev rəhbəri bunun indi olmayacağını vurğulayıb:
“Biz nə vaxtsa İraqdan getmək istəyirik, amma indi yox”.
Daha əvvəl NATO-nun İraqdan qoşunlarını çıxarmaq niyyətində olduğu haqda xəbər yayılıb.
Gununsesi.org
COMMENTS