Kəlbəcərdən 2 şəxsin deputatlığa namizədliyi qeydə alınıb

Kəlbəcərdən 2 şəxsin deputatlığa namizədliyi qeydə alınıb

 

“Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində 123- saylı Kəlbəcər Seçki Dairəsi üzrə 2 şəxsin namizədliyi qeydə alınıb. Onlardan biri hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Aqil Məmmədov, digəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürən Əziz Qənbərovdur”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında 123 Saylı Kəlbəcər Seçki Dairəsinin sədri Adil Murtuzayev söyləyib.

Onun sözlərinə görə, adıçəkilən dairədən daha bir neçə şəxs namizədliyinin qeydə alınması üçün imza vərəqləri götürüb.

Namizədlikləri qeydiyyata alınan şəxslərdən Aqil Məmmədov Kəlbəcər Rayon icra hakimiyyətinin başçısı, digər şəxs Əziz Qənbərov isə vəkildir.

Qeyd edək ki, 123 saylı Kəlbcər Seçki Dairəsində 51692 seçici qeydiyyatdadır.

Ölkənin 40-a yaxın şəhər və rayonlarında 65 seçki məntəqəsi fəaliyyət göstərir.

 

COMMENTS