İrəvan və Tehran qardaşlaşdı

Ermənistanın paytaxtı İrəvan və İranın paytaxtı Tehran şəhərləri qardaşlaşıb.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müvafiq sazişi İrəvan meri Qraçya Sarkisyan və Tehran meri Əlirza Zakani imzalayıb.

HTML tutorial

Qeyd edək ki, İrəvan meri Qraçya Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti üç günlük İranda səfərdədir.

Səfər zamanı Sarkisyanın Tehran Şəhər Şurasının sədri Mustafa Çamrani ilə də görüşəcəyi bildirilir.

Gununsesi.info