NATO Azərbaycana təşəkkür etdi

  • By admin
  • 28 Oktyabr 2021 20:59

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Əfqanıstanda alyansa göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Gununsesi.info bu barədə NATO-ya istinadən məlumat verir.

X.Kolomina ötən həftə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edib.

O, Azərbaycan bölmələrinin bu ilin avqustunda NATO-nun müttəfiq və tərəfdaşlarının şəxsi heyətinin təxliyəsi üzrə səylərinin dəstəklənməsində rolunu xüsusi vurğulayıb.

Gununsesi.info