Rusiyada koronavirusa yoluxmada yeni rekord

  • By ilhame
  • 31 Oktyabr 2021 14:22

Rusiyada son sutkada daha 40 933 nəfər COVID-19-a yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Koronavirusa Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu yeni maksimum gündəlik yoluxmadır.

Rusiyada koronavirusa yoluxanların sayı 8 513 790 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 158 nəfər artaraq 238 538-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 7 358 539 nəfər sağalıb.

Gununsesi.info