Quba polisinə ərizə ilə müraciət edən rayon sakin X.Səfixanov yanvar ayının 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
DİN-dən Gununsesi.org-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini, zərərçəkənin qohumu R.Teymurxanov, M.Məmmədov və T.Orucov saxlanılıblar.
Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.
COMMENTS