“Xeyirim də olub, ancaq yaltaqlanmamışam” –FOTO

“Xeyirim də olub, ancaq yaltaqlanmamışam” –

“Mən elə məqamlarla rastaşmışam ki, orada xeyirim də olub. Amma, sadəcə, orada bir az yaltaqlanmaq lazımdır, yaltaqlanmamışam ona”.

Gununsesi.org xəbər verir ki, bunu “Gündən-günə” verilişində tanınmış gitara ustası Rəhman Məmmədli deyib.

Tanınmış musiqiçi işi üçün yatlaqlıq etməyi heç vaxt bacarmadığını bildirib

“Mən ansambıllarda da çalışmışam, xarakterim tutmayıb, mən bacarmamışam. Bu, mənim tamaşaçıya xoş gəlsə də, gəlməsə də, özümə xoş gələn xarakterimdir. Bacarmıram onu. Bacarsaydım, çox şey olardı. Alınmır o məndə”. 

COMMENTS