
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonuna torpağa tapşırılıb.
Gununsesi.info xəbər verir ki, 1 saylı Cəbrayıl qəsəbəsində şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra şəhid qəsəbədəki Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Sonradan mərhumun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edildiyi müəyyənləşib.


