İraqda bir çağırışla 2 həftədir qarşıdurma gedir: 125 YARALI

  • By admin
  • 05 Noyabr 2021 22:05

İraqda özünüidarəetmə orqanlarına seçkilərin nəticələrinə etiraz edən qruplarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Gununsesi.info  xəbər verir ki, baş verən qarşıdurma zamanı 125 nəfər yaralanıb.

Qeyd edək ki, cari ilin oktyabr ayında keçirilən seçkilərdə məğlub olan Fəth koalisiyası nəticələrin saxtalaşdırıldığını iddia edərək Həşdi-Şabi qruplarını Yaşıl bölgənin giriş qapısına toplaşmağa çağırıb. Nəticədə 2 həftədir sözügedən bölgədə təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaşanır.

Digər tərəfdən İraq Baş naziri Mustafa Kazımi hadisələrin araşdırılmasını tələb edib.

Gununsesi.info