Hindistanda bir gündə 2 mindən çox insan koronavirusdan öldü

Hindistanda bir gündə 2 mindən çox insan koronavirusdan öldü

Hindistanda son sutka ərzində 2 003 nəfər koronavirus infeksiyasının qurbanı olub. Bu, pandemiya dövründə ən böyük sutkalıq göstəricidir.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla ölkədə virusdan ölənlərin ümumi sayı 11 903 nəfərə çatıb. Eyni zamanda son gündə virusa yoluxanların sayı 10 974 nəfər artaraq ümumilikdə 354 065 nəfərə çatıb.

Hindistanda koronavirusdan ölənlərin sayının orta gündəlik artım göstəricisi 24 saat ərzində beş dəfədən çox artıb: əvvəlki beş gündə bu göstərici orta hesabla 362 nəfər təşkil etmişdi.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda xəstəxanalarda 155 227 xəstə var, 186 935 nəfər isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Hindistan hökuməti bu həftə ciddi təcrid rejimindən çıxmağın ilk mərhələsinə başlayıb. Əksər ştatlarda ticarət mərkəzləri, dini ziyarətgah yerləri, habelə restoran və hotellərin iki aydan çox davam edən fasilədən sonra bəzi məhdudiyyətlərlə açılmasına icazə verilib. Tibb işçiləri ölkədə yoluxma və ölüm səviyyəsinin artmasını məhz bu təcrid tədbirlərinin yumşaldılması ilə əlaqələndirir.

Gununsesi.org

COMMENTS