Koronovirus epidemiyasını nəzərə alınaraq, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tədbirlər planının əksəriyyətini video konfranslar vasitəsi ilə həyata keçirir.
Partiyadan Gununsesi.org-a verilən xəbərə görə, rayon təşkilatı öncədən hazırlanmış qrafik əsasında bir neçə gündür ki, Nəsimi rayon üzrə fəaliyyət göstərən Ərazi İlk təşkilatlarının üzvlərinin iştirakı ilə video konfranslar keçirir.
Video konfransda müzakirə edilən əsas mövzular:
1) YAP üzvlərinin koronovirusla mübarizədə rolu, məsuliyyəti və vəzifələri
2) Koronovirus epidemiyası dövründə rayon təşkilatının fəaliyyəti
Növbəti video konfrans bugün YAP Nəsimi rayon təşkilatının üç Ərazi İlk Partiya təşkilatı ilə keçirildi. Hər üç video konfransı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı aparırdı.
MİDA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Maliyyə Nazirliyi üzrə Ə.İ.P təşkilatlarının üzvləri video konfransda çox önəmli təkliflərlə çıxış etdi.
Video konfransda YAP Nəsimi rayon təşkilatının sədri millət vəkili Məlahət İbrahimqızı koronavirus pandemiyası dövründə, YAP Nəsimi rayon təşkilatının məsuliyyəti və vəzifələri haqqında çıxış edib.
COMMENTS