Britaniyanın Baş Nazirinin avtomobil korteji qəzaya düşdü- FOTO

Britaniyanın Baş Nazirinin avtomobil korteji qəzaya düşdü

Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya düşüb.

Gununsesi.org-un TASS-a istinadla məlumatına görə, avtomobil qəzası parlament binasının yaxınlığında olub.

Bildirilir ki, parlament binasının qarşısında aksiya keçirən etirazçılardan biri kortejin önünə çıxıb. Sürücü həmin şəxsi vurmamaq üçün əyləci basıb, bu vaxt arxadan gələn avtomobil ona çırpılıb.

Hadisə zamanı B. Conson avtomobilin içərisində olub. Xəsarət alanın olmadığı deyilir.

Gununsesi.org

COMMENTS