Eldar Qasımov: “Damlanın mahnılarına qulaq asmıram”- VİDEO

Eldar Qasımov: “Damlanın mahnılarına qulaq asmıram”

“Damlanın klipləri yaxşıdır, amma oxuduğu mahnıları heç zaman dinləmirəm. Bəlkə o da ifalarımı dinləmir. Bu, zövq məsələsidir. Hər birimizin bu sənətdə öz yolu var. Çalışıram ki, oxuduğum mahnılarla nəsə çatdırım və ya çağırış edim. Onlar keyfiyyətsiz mahnılarla nələrsə edirlər ki, camaatın xoşuna gəlsinlər”.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Eldar Qasımov “MTV Azərbaycan” televiziyasında yayımlanan “Ulduzun vaxtı” proqramında qonaq olarkən deyib.

Sosial media əhli tərəfindən barəsində yazılan tənqidi fikirlərə sənətçi əhəmiyyət vermədiyini bildirib:

“Əgər mən ictimaiyyətin fikri ilə oturub-dursaydım, indiki yerimdə olmazdım. İstəyirəm ki, auditoriyanı arxamca aparım, nəinki kiminsə fikri ilə yaşayım.

Yeni musiqilər, duetlər yaradırsan, heç kim heç nə yazmır. Amma iki saatlıq saçını yaşıl və ya çəhrayı rəngə boyayıb, efirdə axmaqlıq edirsən, dərhal hər yerə yayılır”.

Gununsesi.org

COMMENTS