Hindistanda bir günə 9,9 mindən çox yoluxma hadisəsi qeydə alınıb

Hindistanda bir günə 9,9 mindən çox yoluxma hadisəsi qeydə alınıb

Hindistanda son gündə aşkar edilən koronavirus infeksiyası hallarının sayı 9,9 mindən çox artaraq ümumilikdə 276 583 təşkil edib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatları təsdiqləyir. Belə ki, öncəki günlə müqayisədə yoluxma hallarının sayında 9 985 fərq var.

Nazirliyin məlumatına görə, ölkədə 133 632 nəfər müalicə alır, 135 205 nəfər sağalıb (son sutkada 5 991), 7 745 nəfər ölüb (279).

Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma sayında İtaliya və İspaniyanı qabaqlayaraq dünyada 5-ci yerə çıxıb.

 

Gununsesi.org

COMMENTS