Amerikada Kolumbun heykəlini söküb gölə atdılar- VİDEO / FOTOLAR

Amerikada Kolumbun heykəlini söküb gölə atdılar

Virciniya ştatının Riçmond şəhərində etirazçılar Amerika qitəsini kəşf edən ilk səyyah Xristofor Kolumbun abidəsini sökərək gölə atıblar.

Gununsesi.org “WRIC” telekanalına istinadən xəbər verir ki, ötən gün təxminən 1000 nəfər Börd Parkına toplaşaraq etiraz aksiyası keçirib. Şahidlərin sözlərinə görə, etirazlar dinc xarakterli başlasa da yerli vaxtla saat 20:30-da etirazçılar iplərdən istifadə edərək Kolumbun abidəsini söküblər. Daha sonra isə etirazçılar heykəli parkın yaxınlığında yerləşən gölə atıblar.

Etirazçılardan birinin sözlərinə görə, sözügedən aksiya öncədən planlaşdırılmayıb.


 

 

Gununsesi.org

COMMENTS