İranda toyda iştirak edənlərdə koronavirus aşkarlanıb.
İSNA xəbər verir ki, hadisə Çaharmahal-Bəxtiyari əyalətinin Ərdəl rayonunda baş verib.
Toyda iştirak edən 118 nəfərdən koronavirus testi götürülüb. Onların 40-nın testi pozitiv çıxıb.
Toy və yas mərasimlərinin koronavirusa kütləvi yoluxmaya səbəb olacağına görə sözügedən rayonda bu tip tədbirlər təşkil edənlər barədə qanuni tədbir görüləcək.
Gununsesi.org
COMMENTS