ABŞ-da afroamerikalının ölümündən sonra boğma fəndinin tətbiqi qadağan edilir

ABŞ-da afroamerikalının ölümündən sonra boğma fəndinin tətbiqi qadağan edilir

ABŞ-da irqçilik və polis zorakılığına qarşı iki həftədən çox davam edən etirazlar səbəbindən bəzi ştatlarda profilaktik tədbirlər görülür.

Gununsesi.org “Anadolu”-ya istinadla xəbər verir ki, Nyu-York ştatında polisin şübhəlilərə boğma fəndini tətbiq etməsi qadağan olunub.

Bundan əlavə, Nyu-York şəhərinin polis idarəsinin illik büdcəsi 6 milyard dollara endiriləcək.

Corc Floydun dəfn olunduğu Hyustonda bələdiyyə başçısı Silvester Turner də polisin boğma fəndi tətbiq etməsinə qadağa qoyulacağını deyib.

ABŞ-da Demokratik Partiyanın üzvləri Konqresə polis müdaxiləsi metodlarını məhdudlaşdıran və vəzifəsindən sui-istifadə edən polis əməkdaşlarına qarşı istintaqa başlamağı asanlaşdıran qanun layihəsi təqdim ediblər.

C.Floydun öldürüldüyü Minneapolis şəhərinin rəhbərliyi isə əvvəlcə boğma fəndinin tətbiqini qadağan edib, sonra isə polis idarəsini ləğv etmək qərarına gəlib.

Los-Anceles şəhərinin bələdiyyə başçısı Erik Qarcetti polis şöbəsinə ayrılan büdcədən 150 milyon dollar kəsəcəyini açıqlayıb, Sietl Polis İdarəsi isə gözyaşardıcı qazdan istifadəni 30 gün müddətinə dayandıracağını bildirib.

Qeyd edək ki, mayın 25-də Minneapolis şəhərində polis məmurları tərəfindən boğma fəndinə məruz qalan 46 yaşlı C.Floydun ölümü ölkədə polis zorakılığı və irqçilik mövzusunda müzakirələrə və iğtişaşlara səbəb olub.

 

 

Gununsesi.org

COMMENTS