Ermənistanda koronavirusa yoluxanların sayı 14 103 nəfərə çatıb.
Gununsesi.org -un Trend-ə istinadən məlumatına görə, son sutka ərzində 4280 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 227 nəfər koronavirusdan ölüb, 8 650 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
COMMENTS