Mağaraya enib, orada 500 gün yaşadı – Dünanın diqqətini topladı/ FOTOLAR+VİDEO

  • By arzu
  • 15 Aprel 2023 09:46

İspaniyada bir sınaq üçün mağarada yaşayan ekstermal idmançı Beatriz Flamin 500 gün qaldığı yeraltı sığınacaqdan çıxıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Flamin bununla 500 günün sonunda ən uzun müddət mağarada yaşamaq rekordunu qırın. Xanım idmançı mağaranı tərk edib-etməməyi düşünməsi ilə bağlı suala “Əsla, əslində, çölə çıxmaq istəmədim”, – deyə cavablayıb.

HTML tutorial

Yerin 70 metr dərinliyində yaşayan Flamin Qranadada elm adamlarının bir sınaq üçün 20 noyabr 2021-ci ildə mağaradakı həyatına başlayıb.

İki ilə yaxın müddətdən sinra dəstək komandası onu qucaqlayaraq qarşılayıb.

Elm adamların tərəfindən yaxından izlənilən Flamin bir mağarada keçirilən ən uzun zaman rekordunu qırıb.

Yeraltına endikdə, 48 yaşında olan xanım iki doğum gününü mağarada keçirib.

 

Bu təcrübəsini “yenilməz və mükəmməl” olaraq açıqlayan F. Beatriz zamanın uçduğunu bildirib.

“Məni almağa gəldikdə, yatırdım. Sandım ki, nəsə bir şey oldu. “Dərhal çıxırıq”, dedilər. Dərhalmı? Hələ kitabımı bitirə bilmədim, dedim”.

 

Sınaq üçün çöl dünya ilə əlaqə qurmadan 70 metr dərinlikdə 500 gün boyunca yaşamaq rekordu ilə Flamin adını tarixə yazdırıb.

 

Bu sınağı yerinə yetirən Flaminin zehni  və günlük ritmi ilə bağlı çalışmalar edən elm adamları onu yaxından təqib ediblər.

Mağaraya milçəklər və böcəklər basqın etdikdə çətin dönəmlər yaşadığını bildirən ekstermaml futbolçu qorxa belə, bu hissinin onu yenməsinə imkan vermədiyini bildirib.

 

 

 

Həkimlərin nəzarət altına aldığı Flamini ən böyük istəyinin duş almaq və dostları ilə görüşmək olduğunu bildirib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info