
Kolumbiyanın Antioquia inzibati bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 4 polis məmuru həyatını itirib.
Gununsesi.info bildirir ki, Kolumbiya Milli Polisinin baş direktoru Uilyam Salamanka X sosial media hesabında verdiyi açıqlamada hava qüvvələrinə məxsus Black Hawk tipli helikopterin Antiokiyadakı San Pablo kəndində qəzaya uğradığını təsdiqləyib.
Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.
Prezident Qustavo Petro sosial media hesabında ölən polislərin ailələrinə başsağlığı verib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info