
25 il “Google”da işləyən və uzun illər “YouTube”un baş direktoru olmuş Syuzan Voyçiçkinin oğlu 19 yaşlı Marko Troper yataqxana otağında ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, birinci kurs tələbəsi olan Marko Troper oxuduğu universitetin Clark Kerr kampusundakı yataqxanasında ölü vəziyyətdə tapılıb. Bu barədə məlumatı bir məktəb sözçüsü “People” portalına təsdiqləyib. Kampus polisinin bildirdiyinə görə, ölümün səbəbi hələlik məlum deyil.
“UC Berkeley”in sözçüsü Janet Gilmore NBC-yə bildirib ki, Troper huşsuz vəziyyətdə olub və ona tibbi yardım göstərilib, lakin hadisə yerində ölüb.
Troperin nənəsi Esther Vojcicki,gəncin həddindən artıq dozada narkotik səbəbiylə öldüyündən şübhələnsə də, ölümün səbəbləri barədə heç nə bilmədiklərini deyib.
ABŞ mətbuatının məlumatına görə, Troperin ölüm səbəbini təsdiq edəcək toksikoloji hesabat 30 gün ərzində açıqlanacaq.
Gununsesi.info