Heç cür müdrikləşə bilməyən Anar haqqında - Orxan Saffari yazır

Azərbaycanda, ümumiyyətlə, belədir. Heç kim heç bir məsələdə özünü heç cür haqsız hesab etmir, səhvini boynuna almır və nə olursa olsun, mütləq ən iyrənc əməlinə belə haqq qazandıra bilir.

Bu, ayrı-ayrı siyasi-ictimai şəxslərdə də belədir, sadə vətəndaşlarda da, o cümlədən fərqli-fərqli qurumlarda da.

Məsələn, elə Azərbaycan Yazıçılar Birliyi adlı mənasız fəaliyyətlə məşğul olan, ədəbiyyatdan başqa hər şeyə xidmət edən qurum və onun sədri də “Ən yaxşı mənəm” psixozundan əziyyət çəkir.

Söz yox, bu, qocalmaqla da əlaqəli ola bilir. Onsuz da, Azərbaycanda artıq qocalanda müdrikləşə bilən adamları görmək olmur. Amma məhz Anarın hələ cavan, canı sulu vaxtlarından belə olduğunu nəzərə almaq lazımdır.

Haqlı olaraq, illərdir, bu şeytan yuvası ədəbi müzakirələr zamanı tənqid olunur, o cümlədən elə bu şər yuvasına rəhbərlik edən, şeytanla düz min ildir ürək dostu olan Anar da həmin tənqidlərin gözünə qatılır.

Bəs yaxşı, reaksiyalar necə olur?

Necə olacaq? Əlbəttə, adət-ənənəyə sadiq qalaraq qocaldıqca müdrikləşmək əvəzinə başqa şey olan Anar, özü və AYB haqqında edilən tənqidləri əsassız hesab edir.

Onun nəzərində ona qarşı edilən bütün tənqidlər qərəzli və vicdansızcasınadır.

Bir sözlə, Anarın onu və AYB-ni tənqid edən bircə nəfər belə razılaşdığı adam yoxdur.

Anar elə hesab edir ki, bu qədər məzmunsuz əməllərinin qarşısında heç tənqid də olunmamalıdır. O, istədiyi hər şeyi edə, deyə, ən yaxşı şəkildə yaşaya bilər və bütün bunların fonunda həm də hamı tərəfindən sevilməlidir. Anar nə bilsin ki, artıq belə dünya yoxdur?

Yaxşı, axı necə olur, bu illər ərzində bir başıpapaqlı kişi olmadı? Bircə nəfər də haqlı olan yoxdur? Elə tənqid edən hamı xəstə, şərəfsiz, qərəzlimi oldu?

Bəs Anar özü nədir, kimdir?

Əlbəttə, sadalayıb sözlə açıq təhqir etməyə ehtiyac yoxdur. Onsuz da, özünə, qələminə, ədəbiyyata hörmət edən hər kəs qəlbinin dərinliklərində də olsa, Anarın kim olduğunu, onun bu illər ərzində nə qədər yanlış etdiyini yaxşı bilir. Ola bilər, kimlərsə bunu dilə gətirməsin, ehtiyac üzündən əksini desin, amma bu, dəqiq belədir.

Anar bütün bunları bilsə belə, özünü bilməzliyə vurmağa məcburdur.

Çünki o, ən azından onun olan heç nəyin səmimi olduğuna inanmır. Təkcə bu məsələdə Anarı müdrik hesab etmək olar.

İlk başlarda aşağı-yuxarı özü kimi olan atasının kölgəsində, sonrada konyukturanın qucağında ömür sürə-sürə sevginin də, imtiyazın da ona sadəcə verildiyini yaxşı bilir.

Anar yaxşı bilir ki, sahib olduğu heç nəyi qazanmayıb, müəyyən münasibətlər qarşılığında ona hədiyyə ediblər.

Həqiqi sevilən, rəğbət görən adam, ona qarşı deyilən, edilən heç nədən heç vaxt narahat olmur.

Anar niyə sədr olduğunu, niyə sədrlikdən gedə bilmədiyini, Xaql yazıçısı adını versələr də, doğrudan da Xalq yazıçısı olmadığını yaxşı bilir. O, hər gün otağında oturub bütün bunları düşünür, lakin yazıçı cəsarəti, ürəyi, təpəri olmadığı üçün dilə gətirə bilmir.

Heç çox vaxt, özünə də etiraf etmir.

Anar bu gün sədr olmağı həm də ona görə istəyir ki, onun yazıçı kimi yeganə mövcudluğu budur.

Məsələn, onun yazıçı kimi tənqidlərə qarşı verdiyi açıqlamaların hamısı çörəyə işarə var:

“Biz pul verdik, bizdən pul aldılar, filankəsə filan yaxşılığı etdik, filan vaxtı filan, o vaxt atam da belə etmişdi, atamın ruhu, AYB-dən çörək qazanırlar” və.s və ilaxır.

Sual olunur, bütün bu və bu kimi məsələlər həqiqi, qələminə hörmət edən bir yazıçının sözləridirmi?

Əlbəttə, adam yazıçı olan bilməyəndə, Allah da adamı Anarın gününə salır.

Dünyada Anar yaşında olan bütün yazıçılar indi daha çox həyatı sorğulayır, keçmişə qayıdır, əsərlər yazır, lakin Anar elə gənclik illərindən bunun dadını heç vaxt bilməyib, AYB-də oturaraq konyuktura ilə məşğul olub, təqaüd siyahında kimin olub-olmayacağına qərar verib. O, bəlkə də, nisbətən bunlardan uzaq durmağa cəsarəti çatsaydı, özünü belə iyrənc söhbətlərin içindəyə görməyə bilsəydi, heç olmasa, ortabab bir yazıçı kimi xatırlanardı.

Amma bütün bunlar dəqiq yazıçı işi, yazıçı ömrü deyil.

 

 

Orxan Saffari

 

 

 

 

Gununsesi.info