Bitərəf deputatlardan Azərbaycanın AŞPA və ATƏT PA-dakı nümayəndə heyətinin üvzü Ülviyyə Ağayeva da yenidən seçkilərə qatıla bilər.
Gununsesi.org Etikxeber.az-a istinadən məlumat verir ki, daxil olan məlumata görə, Ü. Ağayeva ikinci dəfə seçkilərə qatılmaq fikrindəndir.
Onun yenidən əvvəlki, daha doğrusu, hazırda təmsilçisi olduğu dairədən-106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən namizədliyini verməsi gözlənilir
Qeyd edək ki, mətbuatda həmin dairədən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun seçkilərə gedə biləcəyi barədə məlumatlar yayılmaqdadır.
Mətbuata son açıqlamasında da S. Seyidov bu məsələyə birmənalı cavab verməyib.
Əgər S. Seyidov, Bakıdan, Xətai rayonundan (36-cı dairədən) seçkilərə getməsə və 106 saylı dairədən seçkilərə qatılsa, o zaman Ü. Ağayevanın başqa dairədən seçkilərə qoşulması istisna deyil.
Qeyd edək ki, S. Seyidovun “dairəsi”ndən-36-cı dairədən də digər millət vəkili Qüdrət Həsənquliyev namizədliyini irəli sürüb.
COMMENTS