Gürcüstan gələn ilki qaz tədarükünün 93%-ni Azərbaycandan alacaq

Gürcüstan gələn ilki qaz tədarükünün 93%-ni Azərbaycandan alacaq

2020-ci ildə Gürcüstanın təbii qaz tədarükü 2,57 mlrd. kubmetr həcmində müəyyən edilib.

Gununsesi.org Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziriliyinə istinadən məlumat verir ki, bu barədə nazir Natia Turnavanın təsdiqlədiyi gələn ilin təbii qaz balansında qeyd olunub.

Qonşu ölkə bu həcmin 2,39 mlrd. kubmetrini və ya 92,7%-ni Azərbaycandan əldə edəcək. Bu həcmin 1,51 mlrd. kubmetri SOCAR-dan, 873,8 mln. kubmetri isə “Şahdəniz” konsorsiumundan alınan qazın payına düşəcək.

2020-ci ildə Gürcüstanın Rusiyadan idxal edəcəyi təbii qazın həcmi isə 169,9 miln. kubmetr, yaxud ümumi həcmin 6,6%-ni təşkil edəcək.

Gürcüstanda gələn il təbii qaz hasilatının 17,9 mln. kubmetr olacağı proqnozlaşdırılır.

Gununsesi.org

COMMENTS