Əli Əsədov yeni qərar imzaladı – Xüsusi geyimlər və fərqlənmə nişanları normaları ləğv edildi

Əli Əsədov yeni qərar imzaladı – Xüsusi geyimlər və fərqlənmə nişanları normaları ləğv edildi

“Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli Qərarı ləğv edilib.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edək ki, normalar keçmiş Baş nazir Artur Rasizadənin qərarı ilə təsdiq edilmişdi.

Gununsesi.org

COMMENTS