Vətəndaş İmişli prokurorundan Baş Prokurora şikayət etdi – MÜRACİƏT

Vətəndaş İmişli prokurorundan Baş Prokurora şikayət etdi – MÜRACİƏT

Avtomobil qəzasında zərər çəkdiyini bildirən vətəndaş Balayev Qüvəd Göygöz oğlu məktubla redaksiyamıza müraciət edib.

Gununsesi.org redaksiyamıza ünvanlanan həmin məktubu sizə təqdim edir:

 

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova!

Balayev Qüvəd Göygöz oğlu tərəfindən Ünvan: İmişli rayonu, Ağamalı kəndi, əlaqə tel.: 050 754 84 09 ŞİKAYƏT Cənab Baş Prkuror! Mən ailəmlə birlikdə Kəlbəcər rayonunun Mərcimək kəndindən məcburi köçkün düşmüşəm. Dörd ilə yaxındır ki, ailəmlə birlikdə İmişli rayonunun Ağamalı kəndində məskunlaşmışam. 23.07.2018-ci ildə oğlum Seymur Balazadənin idarə etdiyi “Toyota Hilux” 10 XV 810 dövlət nömrə nişanlı avtomobil Ağamalılar kənd sakini Qambayov Rəsul Humay oğlunun idarə etdiyi 30 BJ 548 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil tərəfindən vurulmuşdur. Qəza nəticəsində oğlumun avtomobilinə ilkin hesablamaya görə 6.660 (altı min altı yüz altmış) manat ziyan dəymişdir. İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma, avtotexniki ekspertizanın rəyi və qəbul edilmiş qərarla hadisənin Qambayov Rəsul Humay oğlunun günahı üzündən baş verdiyi bir daha öz təsdiqini tapmışdur. Qərara görə hadisə Qambayov Rəsul Humay oğlunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozması nəticəsində baş vermisdir. Sonradan sığorta əməkdaşı tərəfindən oğlumun avtomobilinə dəymiş ziyana görə 4817 (dörd min səkkiz yüz on yeddi) manat sığorta pulu hesablanmışdır. 4 aprel 2019-cu ildə sığorta ödənişini almaq üçün “AtaSığorta ASC”-yə müraciət etmişik. Ancaq şığorta şirkəti ödənişi etmək əvəzinə, hadisədə İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının əməlində korrupsiya elementlərinin olub-olmamasını araşdırılması məqsədilə iş üzrə sənədləri 1 may 2019-cu ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərmişdir. 30 may 2019-cu ildə oğlum Seymuru sözügedən İdarəyə çağırıb izahatını almışlar, ancaq iş üzrə hər hansı qərar qəbul etmək əvəzinə materiallar uzun müddət Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsində əsassız yerə saxlanılmış, yalnız çoxsaylı şikayət və müraciətlərimizdən sonra materialları yeni araşdırma aparılması üçün İmişli rayon Prokurorluğuna göndərəcəklərini bildirmişdirlər. 07 oktyabr 2019-cu ildə sığorta ödənişi üzrə sənədlər İmişli rayon Prokurorluğuna göndərilmişdir və araşdırma aparılması İmişli rayon prokurorunun köməkçisi Cavid İmanlıya həvalə olunmuşdur. Cavid İmanlı tez bir zamanda bu iş üzrə araşdırma aparıb, İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının əməlində korrupsiya cinayətlərinin olub-olmamasına dair qərar qəbul edəcəyini bildirmişdir. Ancaq o, 3 aya yaxındır ki, bizi get-gələ salmış, dəfələrlə bizi aldadaraq, artıq qərar qəbul etdiyini və surətini götürmək üçün gəlməyimizi tapşırmış, ancaq prokurorluğa getdikdə qərarın hələ qəbul edilmədiyini bildirmiş, bunun üçün müxtəlif bəhanələr uydurmuşdur. Cənab Baş Prokuror! İmişli rayon prokurorunun köməkçisi Cavid İmanlı hazırda da vəzifə səlahiyyətindən sui-istifadə edib, əsassız yerə süründürməçiliklə məşğul olur. O, sadə bir iş üzrə indiyədək nə hər hansı bir qərar qəbul edir, nə də araşdırmanın nəticəsinin ləngiməsinin səbəbləri haqda bizə hər hansı bir ağlabatan məlumat verir. Nəticədə qanuni haqqımız olan sığorta ödənişini ala bilmirik. Belə bir təəssürat yaranır ki, İmişli rayon prokurorunun köməkçisi Cavid İmanlı bu işi uzatmaqla, sanki kimlərəsə xidmət edir, avtomobilimizə dəymiş ziyana görə sığörta ödənişini almağımızı ən müxtəlif yollarla əngəlləyir. Prezident İlham Əliyev dəfələrlə vətəndaşları dövlət məmurlarının yol verdiyi qanunsuzluqlar barədə ona və uyğun dövlət orqanlarına məlumat verməyə dəvət edib. Odur ki, sizə müraciət edirəm. Sizdən xahiş edirəm ki, İmişli rayon prokurorunun köməkçisi Cavid İmanlı barədə qanuni ölçü götürəsiniz və sığorta ödənişini almağımız üçün onun tərəfindən yaradılan süni əngəllərin aradan qaldırılmasında bizə köməklik göstərəsiniz.

Gununsesi.org

COMMENTS