Hacıqabulda avtomobil arabaya çırpılıb, yaralananlar var

Hacıqabul rayonunun Meyniman kəndində avtomobil qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, “Prado” markalı avtomobil araba ilə toqquşub. Nəticədə arabada olan Hacıqabul rayonunun Meyniman kənd sakinləri, 1967-ci il təvəllüdlü Təhsin Namaz oğlu Eynalov və 1979-cu il təvəllüdlü Nəsirov Vəfadar Əzabulla oğlu ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

HTML tutorial

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info