Şirvanda mağaza yandı

Şirvan şəhərində 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan geyim mağazasında 10 p.m elektrik kabeli, 1 ədəd kondisioner və qismən geyim malları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

HTML tutorial

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info