
Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat həyata keçirilib.
Gununsesi.info APA-a istinadən xəbər verir ki, Masallı rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə Fərid İlham oğlu Aslanlı İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilib. Icra hakimiyyəti başçısının digər sərəncamı ilə Fərid Aslanlı icra hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.
Gununsesi.info