Hərbçilərin parada hazırlıq məşqləri niyə maskasız keçirilir? – MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

  • By arzu
  • 08 Dekabr 2020 12:44

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağdakı hərbi qələbəsi münasibəti ilə dekabrın 10-da paytaxt Bakı şəhərində hərbi parad keçiriləcək. Bununla bağlı ölkədə hərbi parad işlərinə hazırlıqlar davam etdirilir. Hərbi parada hazırlıq məşqlərində sırada dayanan əsgərlərin maskasız halda olması diqqəti çəkib.

Sosial şəbəkələrdə buna etiraz edən vətəndaşlar pandemiyanın kütləvi xarakter aldığı dönəmdə bunun yolverilməz olduğunu deyib. Məsələ ilə bağlı Müdafiə Nazirliynin rəsmisi Vaqif Dərgahlı Gununsesi.info-ya bildirib ki, həmin hərbçilər keçiriləcək paradda da, maska taxmayacaqlar: “Buna görə heç kəs narahat olmasın. Onların məşqləri keçirilir. Bəli, maskasız keçirilir. Çünki onların hər biri nəzarətdədir. Ona görə də, narazılığıa ehtiyac yoxdur”.

 

 

Gununsesi.org