Azərbaycanda xəstəxanalarda müalicə alan hərbçilərimizin SAYI RƏSMƏN AÇIQLANDI

  • By arzu
  • 08 Dekabr 2020 15:24

“Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bu günə qədər səhiyyə sistemi gərgin vəziyyətdə, iki cəbhədə fəaliyyət göstərib”.

Gununsesi.org-un müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

O qeyd edib ki, hazırda 919-dan artıq əsgər və zabitin müalicəsi səhiyyə müsissələrində davam etdirilir:

“Onlara qayğının göstərilməsi vəzifələrimizdəndir. Buna görə ölkə üzrə xüsusi karantin rejimi 18 yanvar 2021-ci ilə qədər uzadılıb”.

Gununsesi.org