
Azərbaycanda hərbi vəziyyət ləğv edilir. Dekabrın 11-də Milli Məclisdə məsələyə baxılacaq.
Bu barədə MM-dən məlumat verilib.
Bildirilən məlumata görə, Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında dövlət başçısı İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.