Həbsxananın nəzarətçi xanımı eşq yaşadığı məhkumu qaçırdı

  • By admin
  • 10 May 2022 09:53

Amerika həbsxalarınının birində film kimi olay baş verib.

Gununsesi.info-nun ABŞ mediasına istinadən verdiyi xəbərə görə, həbsxanada nəzarətçi işləyən xanım məhkumlardan biri ilə eşq yaşayıb və sonda onu həbsxanadan qaçırmağa nail olub.

Xəbərdə deyilir ki, ABŞ-da həbsxanadan qaçırdığı məhbusla birlikdə yoxa çıxan mühafizəçi 10 günlük müşahidədən sonra yaralı halda tutulsa da, xəstəxanada dünyasını dəyişib.

Soyadları oxşar olan cütlük aprelin 29-da Alabama ştatındakı Lauderdale həbsxanasından yoxa çıxıb.

Mühafizəçi qadın Keysi Uaytı saxta tibbi müayinə bəhanəsi ilə həbsxanadan çıxarıb.

Qaçan cütlük Alabama ştatının İndiana ştatında polis tərəfindən yaxalanıb.

Lauderdale polis rəisi Rick Singleton bildirib ki, cütlük polisdən qaçarkən avtomobillərini qəzaya uğrayıblar.

Cütlüyün tutulduğu ərazinin yerli mətbuatı polisdəki mənbələrə istinadən xəbər verir ki, mühafizəçi qadın qəzadan sonra avtomobildə özünü atıb.

Rick Singleton intihar iddiası ilə bağlı suallara cavabında deyib:

“Ümid edirəm ki, o yaşayır. Biz istəmirik ki, Vikinin başına sağlamlıq baxımından pis bir şey olsun. Amma onun bizə verməli olduğu bəzi cavablar var və ümid edirəm ki, biz bu cavabları almaq fürsəti əldə edəcəyik”.

 

Tərcümə etdi:

Elmar

Gununsesi.info