Tanınmış jurnalistin qohumu ruslara əsir düşüb

  • By admin
  • 21 Aprel 2022 18:58

Azərbaycanın tanınmış telejurnalistlərindən biri olan İTV-nin əməkdaşı Esmira Qasımovanın əmisioğlu Ukrayna rus hərbçilərinə əsir düşüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə jurnalist xanım özü bildirib:

“Əmim oğlu Hafiz Qasımov (Kasumov) Ukraynada döyüşlərdə Zaporoje vilayəti Enerqodar şəhərində ruslara əsir düşüb. Uzun illərdir (1980cı illərdən) Ukraynada yaşayır. 62 yaşı var. Kömək üçün hansı qurumlara, beynəlxalq təşkilatlara müraciət edilməlidir? Bilən varsa, lütfən yazsın”.

Gununsesi.info