
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.
Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:
“Müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın Ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirik”.
Gununsesi.info