
Karantin rejiminin ləğvi üçün tələsirsiniz.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, maska tələbinin ləğv olunmasına baxmayaraq, bir sıra məhdudiyyətlər qalmaqdadır: “Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüqe ölkəmizə səfər edib. Karantin rejimi mövzusu müzakirə edilib. O da bildirib ki, payız aylarında xüsusilə ayıq-sayıq olmalıyıq. COVID-19 virusu dəfələrlə sürprizlər göstərib. Yeni mutasiyanın olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməliyik”.
Gununsesi.info