
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Mərkəzi Nəbatat Bağında yeni layihə hazırlanır.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, layihənin hazırlanmasına xaricdən gələn memarlar cəlb olunub: “Çox unikal layihədir. 46 hektardan ibarət olan bağda layihənin başa çatması üçün vaxt tələb olunur. Yəqin ki, tam hazır olanda ictimaiyyətə təqdim olunacaq”.
Gununsesi.info