Böyük Britaniyada nümayişlər başlayıb

Fransadakı tətil küləyi bu dəfə İngiltərədə əsir. Britaniya hökumətinin Ətraf Mühit Agentliyində çalışan minlərlə işçi dörd gündür davam edən tətil edir.

Gununsesi.info Fransa mediasına istinadən xəbər verir ki, onları təmsil edən həmkarlar ittifaqı bildirib ki, işçilər maaş mübahisəsinə görə bu ay dörd günlük tətil edəcəklər.

HTML tutorial

Unison verdiyi açıqlamada nazirlərin aylarla davam edən tətillərə baxmayaraq həmkarlar ittifaqlarını əmək haqqı danışıqlarına dəvət etməyə cəhd etməməsi səbəbindən sənaye fəaliyyətinə başladığını söyləyib.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info