
Dünyaca tanınmış milyarder, iş adamı və texnologiya mütəxəssisi İlon Maskın “Tvitter” şirkətini almasından sonra bir sıra yeniliklər edilir.
1 izləməsi olanların satın ala biləcəyi original hesabları ifadə edirdi. Ancaq İlon Maskın “Tvitter”i satın almasından sonra “Köhnə mavi təsdiqlər” ortadan itməyə başladı.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İlon Maskın dəyişikliklərinin qüvvəyə minməsi ilə arzu edənlər artıq Mavi “Tvitter” adlı təsdiqləmə işarəsi üçün ayda 8 dollar qarşılığında ödəniş etməli olacaqlar.
Bu yeniliyin gerçəkləşdirilməsindən sonra bir çox istifadəçilər, çoxsaylı izləyicisi olan profil sahibləri Mavi Təsdiq üçün ödəniş etməyəcəklərini bildirib, digərləri isə bu sosial media platformasını tərk edəcəklərini açıqlayıb.
Gəlir məqsədi güdməyən qurumlar, İnsan Haqları İzləmə Təşkilatı və NAACP isə Mavi Təsdiq üçün ödəniş etməyəcəklərini vurğulayıblar.
Amerikan Ali Məhkəməsinin işini izləyən SCOTUSblog xəbər saytı isə, “Tvitter”də paylaşım etməyi tamamı ilə dayandıracaqlarını açıqlayıb.
Yayım orqanı yeni “Tvitter” Politikalarınının gərəyi ilə “dövlətə bağlı media qurumu” olaraq etiketləndikdən sonra keçən həftə “Tvitter”dən ayrılan Amerikan “National Public Radio”ya bənzər addım atmağı planlaşdırır.
Ödənişsiz təsdiqlənmənin ortadan qaldırılması yanlış məlumatlandırma və qanuni qurumların, şəxslərin kimliyinə bürünmə riskinə qarşı narahatlıqları da artırıb.
Tərcümə: Arzu Sayadoğlu