
Milli Məclisin deputatı Erkin Qədirli “musavat”a açıqlamasında quru sərhədlərin açılmamasına dair fikirlərini bölüşüb.
Gununsesi.info bildirir ki, deputat quru sərhədlərin bağlı qalmasının koronavirusla əlaqəsinin olmadığını deyib:
“Rəsmən elə deyirlər. Koronavirus yoxdur. Onsuz da pandemiya vaxtında da çox qlobal fırıldaqlar oldu.
Mənim anladığım, gümanım budur ki, sırf İrana görə sərhədlər bağlıdır. Prinsip etibarilə İrana görədir, təhlükəsizlik tədbiridir. Görünür, daha böyük bir təhlükə astanasındayıq ki, bunu belə eləyirlər. Bu bir gedişatdır. İranın iki il ərzində etdiklərini görmürsünüz?! Terrorçuya görə deyil, müharibə ehtimalına görədir”.
Afət Abbasova
Gununsesi.info