Rusiyanın Altay vilayətində bir kişi sevgilisini bıçaqlayaraq öldürüb.
Gununsesi.org xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Bildirilir ki, 55 yaşlı kişi 34 yaşlı sevgilisini bıçaqlayıb. Nəticədə, qız aldığı yaralardan hadisə yerində ölüb.
Kişinin qətli sərxoş vəziyyətdə törətdiyi bildirilir. O, sevgilisini dünyaya uşaq gətirmək istəmədiyinə görə öldürdüyünü deyib.
Cinayəti törədən həmin şəxs 15 ilə qədər həbs oluna bilər.
COMMENTS