Rusiyanın Kemerovski vilayətində faciə baş verib.
Gununsesi.org TASS-a istinadən xəbər verir ki, hadisə Quryevsk şəhərində olub.
Belə ki, yaşayış evlərinin birində başlayan yanğın dörd nəfərin həyatına son qoyub.
Yanğın nəticəsində 12 yaşlı qız və oğlan, 13 yaşlı qız və 70 yaşlı qadın həlak olub.
Hadisənin təfərrüatı araşdırılır.
COMMENTS