
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Daşkəsən rayonunun Bayan kənd sakini 1997-ci il təvəllüdlü Həsənov Kazım Marif oğlu bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info