Güləş yığmamız komanda hesabında dünya çempionu oldu

  • By ilhame
  • 30 Noyabr 2023 22:48

Azərbaycan sərbəst güləşçiləri Bakıda keçirilən hərbçilərin dünya çempionatında birinci yeri tutub. 

Gununsesi.info xəbər verir ki, komandamız medalların sayına görə bütün rəqiblərini qabaqlayıb.

Firdovsi Umudovun rəhbərliyində komandamız ümumi olaraq 7 medal əldə ediblər. Bunlardan 5-i qızıl, biri gümüş, biri isə bürünc medal olub.

Gununsesi.info