Şabranda silah-sursat aşkarlanıb

  • By ilhame
  • 30 Noyabr 2023 22:35

Şabranda silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan sayta verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.

Fakt üzrə Şabran RPŞ-də araşdırma aparılır.

Gununsesi.info