Balakəndə dərzi sexi və mağaza yanıb

  • By ilhame
  • 30 Noyabr 2023 21:23

Balakəndə dərzi sexi və mağaza yanıb.

Gununsesi.info-nun məlumatına görə, yanğın hadisəsi rayonun Səttar Gözəlov küçəsində baş verib.

Yanğın yerinə Balakən rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1980-cı il təvəllüdlü Hüseynov Rasim Teymur oğluna məxsus ümumi sahəsi 25 m² olan dərzi sexi içərisindəki əşyaları ilə birlikdə tamamilə, 1974-cü il təvəllüdlü Məmmədov Kamran Əli oğluna məxsus parça mağazasının isə 2 m² dam örtüyü yanıb.

Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Gununsesi.info